Dünən
Tam orta təhsil bazasında kolleclərin plan yerləri 98.66 faiz dolub

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclər) 15 min 662 nəfər qəbul olub.
Təhlil.az Dövlət İmtahan Mərkəzinin məlumatına istinadla xəbər verir ki, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 98.66 faiz dolub. Cəmi 212 yer (1,34 faiz) boş qalıb.