Dünən

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Milli Hidrometeorologiya Xidməti sentyabrın 4-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Təhlil.az xidmətin məlumatına istinadla xəbər verir ki, Bakıda və Abşeron yarımadasında, Culfa, Ordubad, Gəncə, Goranboy, Naftalan, Daşkəsən, Göygöl, Gədəbəy, Xızı, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Qobustan, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, İmişli, Beyləqan, Saatlı, Sabirabad, Şirvan, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Mingəçevir, Cəlilabad, Yevlax və Ağcabədidə fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti saniyədə 13.9-20.7 metr təşkil edəcək.

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?