Dünən

Paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Bakının "Azneft" dairəsi ərazisində aparılacaq işlərlə əlaqədar 2 sentyabr saat 23:00-dan etibarən yollarda nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.

Təhlil.az bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin məlumatına istinadla xəbər verir.

Məlumata görə, Bayıl və şəhər istiqamətində nəqliyyatın hərəkətində hər hansı məhdudiyyət nəzərdə tutulmur.

Qeyd edək ki, məhdudiyyətlər 19-21 sentyabr tarixlərində keçiriləcək "Formula 1" Qatar Airways Azərbaycan Qran Prisi 2025-ə hazırlıq çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində aparılan quraşdırma və infrastruktur işləri ilə bağlıdır. Məhdudiyyətlər mərhələli şəkildə tətbiq ediləcək.

Bakı Şəhər Halqası sürücülərdən və piyadalardan alternativ marşrutlardan istifadə etmələrini xahiş edib və sakinlərin göstərdiyi anlayışa görə əvvəlcədən təşəkkürünü bildirib.

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?