Bu gün
Ərdoğan: "Zəngəzur dəhlizi məsələsində hər hansı bir problem, fikir ayrılığı yoxdur"

Zəngəzur dəhlizi məsələsində hər hansı bir problem, fikir ayrılığı yoxdur.
Təhlil.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə Çin səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, Cənubi Qafqaz arzuladığı sülhə qovuşacaq.
"Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüşdə bu ümidi onda gördüm. Ağ Evdə atılan imzalar Azərbaycan-Ermənistan normallaşma prosesinə, təbii ki, sürət qazandırdı. Azərbaycan və Ermənistan sülh yolunda əhəmiyyətli maneələri aşaraq son mərhələyə qədər gəlib çatdılar", - deyə Türkiyə Prezidenti vurğulayıb.