Dünən

ANAMA: Ötən ay 706 mina və 2 min 628 partlamamış hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatlarına dair aylıq məlumatı açıqlayıb.

Təhlil.az ANAMA-nın məlumatına istinadla xəbər verir ki, avqust ayında Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 565, tank əleyhinə 141 mina və 2 min 628 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən ay ərzində 6481.4 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

SORĞU

Vaşinqton görüşünün nəticələri

Azərbaycan və Ermənistan arasında gələcəkdə iqtisadi və mədəni əlaqələrin inkişafına necə yanaşırsınız?