16 avqust

Prezident İlham Əliyev DSX-nin hərbi qulluqçularına ali hərbi rütbələr verdi - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

Təhlil.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

“general-leytenant” ali hərbi rütbəsi

general-mayor Babək Vahid oğlu Qurbanova

“general-mayor” ali hərbi rütbəsi

polkovnik Ceyhun Həsən oğlu Nəbiyevə

polkovnik Azər Əliyusif oğlu Şirinova.

SORĞU

Parklanma yerləri

Yaşadığınız yerdə parklanma ilə bağlı vəziyyət necədir?