15 avqust

Nikah və boşanmaların sayı açıqlanıb

Cari ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 14953 nikah və 6784 boşanma halları qeydə alınıb.

Təhlil.az bu barədə Dövlət Statistika Komitəsinin məlumatına istinadla xəbər verir.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,1-dən 4,4-ə yüksəlib, boşanmaların sayı isə 2,1-dən 2-yə enib.

 

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?