14 avqust

Metroda dünyaya gəlmiş körpəyə xüsusi sertifikat təqdim olunub

Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında dünyaya gəlmiş körpəyə xüsusi sertifikat verilib.

Təhlil.az "Bakı Metropoliteni" QSC-nin məlumatına istinadla xəbər verir ki, bu gün Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında dünyaya gəlmiş körpə Respublika Klinik Xəstəxanasından evə buraxılıb.

Metropoliten əməkdaşları xəstəxanadan çıxan körpə və anasını qarşılayıb, ona 25 yaşına qədər metrodan ödənişsiz istifadə hüququ verən sertifikat və simvolik hədiyyələr təqdim ediblər.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?