14 avqust

Bu gün paytaxtın bəzi ərazilərində qaz olmayacaq

Bu gün 10:00-dan etibarən Bakının Xəzər, Qaradağ və Səbail rayonları ərazisində qaz təchizatı dayandırılacaq.

Təhlil.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, qaz təchizatında dayanma xətlərdə görüləcək təmir işləri ilə əlaqədardır.

Məlumata görə, təmir işləri aparılan müddətdə Xəzər rayonu üzrə Şüvəlan qəsəbəsinin və Gülçülük yaşayış massivinin, Qaradağ rayonu üzrə Puta qəsəbəsinin, Səbail rayonu üzrə isə Z.Yusifzadə, A.Məmmədov, L.Babayev, Ə.Nəzmi, A.Nəsirov, M.Useynov, Xanlar, S.Qədimova və A.Abbaszadə küçələrinin qaz təchizatında məhdudiyyət fasilə yaranacaq.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?