Avropa İranı yeni sanksiyalarla hədələyir

Böyük Britaniya, Almaniya və Fransa BMT-yə məktub göndərərək, Tehranın nüvə proqramı ilə bağlı danışıqları bərpa etmədiyi təqdirdə İrana qarşı yeni sanksiyaların tətbiqinə başlamağa hazır olduqlarını bildiriblər. Təhlil.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” nəşri məlumat yayıb.
BMT-nin baş katibi Antonio Quterreşə ünvanlanan məktubu Fransa, Almaniya, Böyük Britaniyanın xarici işlər nazirləri Jan-Noel Barrot, İohan Vadefül və Devid Lammi imzalayıblar.
Sənəddə deyilir ki, Avropa Üçlüyü avqust ayında sanksiyaların avtomatik uzadılmasının qarşısını almaq üçün İrana sanksiyaların dayandırılmasını uzatmağı təklif edib.
Paris, Berlin və London açıq şəkildə bildirdilər ki, Tehran avqustun sonuna qədər diplomatik həll yoluna gələ bilməsə və ya uzadılma variantından istifadə etməsə, “snapback” mexanizmi işə düşəcək.