TƏBİB: Bu məlumatlar da elektronlaşdırıldı

Vətəndaşların tibbi məlumatlara rahat çıxışını təmin etmək məqsədilə “myGov” platformasına xəstəlik tarixçəsi məlumatları əlavə olunub.
Təhlil.az TƏBİB-in məlumatına istinadla xəbər verir ki, vətəndaşların tibbi məlumatlara mərkəzləşdirilmiş və rahat çıxışını təmin etmək məqsədilə “myGov” platformasına yeni inteqrasiya həyata keçirilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı nəticəsində platformaya xəstəlik tarixçəsi (epikriz) məlumatları əlavə olunub. Bu bölmədə anamnestik məlumatlar, müayinələrin nəticələri, diaqnozlar, tətbiq edilmiş müalicə tədbirləri və tibbi tövsiyələrlə tanış olmaq, həmçinin həmin məlumatları yükləmək mümkündür
Qeyd edək ki, bu məlumata veb sayt üzərindən “Tibb məlumatlarım” bölməsi, mobil tətbiqdə isə “Sağlamlıq” kateqoriyası vasitəsilə çıxış imkanı mövcuddur.