11 avqust

Paşinyan Vaşinqton görüşünün nəticələri barədə Makron və Putinə məlumat verib

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-də keçirilən üçtərəfli görüşün nəticələri ilə bağlı həm Fransa Prezidenti Emmanuel Makronu, həm də Rusiya Prezidenti Vladimir Putini məlumatlandırıb.

Təhlil.az xəbər verir ki, Kremlin açıqlamasına görə, Paşinyan Putinlə telefon danışığında 8 avqustda Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən danışıqların nəticələrini ətraflı izah edib. O, əldə olunan razılaşmalar və müzakirə olunan məsələlər barədə geniş məlumat verib.

Görüş, Ermənistan və Azərbaycan arasında sülh prosesində mühüm mərhələ kimi qiymətləndirilir.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?