08 avqust
Bakı Rusiya–Gürcüstan müharibəsinin ildönümündə bəyanat verdi

Azərbaycan, Gürcüstandakı münaqişənin suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ərazi bütövlüyü prinsipləri əsasında həllini tam dəstəklədiyini bəyan edib. Təhlil.az xəbər verir ki, bu barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki paylaşımında yer alıb.
XİN həmçinin bildirib ki, Azərbaycan Gürcüstanla yaxın tərəfdaşlığa və mehriban qonşuluq münasibətlərinə böyük önəm verir.
Bu gün 2008-ci ilin avqustunda baş vermiş Rusiya–Gürcüstan müharibəsindən 17 il ötür.
Dünən