08 avqust

52 ailə Ağdərəyə qayıdacaq

Ağdərə rayonunun Vəngli və Kolatağ kəndlərinə köçürüləcək 52 ailə sosial müdafiə tədbirləri, mina təhlükəsi ilə bağlı maarifləndirilib.

Təhlil.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, doğma yurduna qayıtmağa hazırlaşan və işğaldan azad edilmiş ərazilərdə yeni salınmış yaşayış məntəqələrində məskunlaşan əhali arasında aparılan məlumatlandırma, təbliğat-izahat və maarifləndirmə işləri çərçivəsində onlara sosial müdafiə tədbirləri izah edilir. O cümlədən, sakinlərə vahid aylıq müavinətin qanunvericilikdə nəzərdə tutulan başaçatma müddətləri, müddətin axımı, habelə bunun qanuniliyi və zəruriliyi məsələləri ilə bağlı ətraflı məlumat çatdırılır.

Dövlət Komitəsinin Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, maarifləndirmə və təbliğat işləri çərçivəsində mina təhlükəsi ilə bağlı hazırladığı videoçarx insanları ayıq-sayıq olmağa, xəbərdarlıq nişanlarının tələblərinə əməl etməyə çağırır.

 

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?