07 avqust
Tramp: "Bütün Yaxın Şərq “İbrahim razılaşmaları”na qoşulmalıdır"

ABŞ prezidenti Donald Tramp bildirib ki, bölgədə sülhün bərqərar olması üçün Yaxın Şərqdəki bütün ölkələr “İbrahim razılaşmaları”na qoşulmalıdır.
Təhil.az xəbər verir ki, Tramp “Truth Social” hesabında bildirib:“İndi İranın yaratdığı nüvə arsenalı tamamilə məhv edilib. Mənim üçün bütün Yaxın Şərq ölkələrinin bu razılaşmalara qoşulması çox vacibdir. Bu, bölgədə sülhü təmin edəcək”.
Qeyd edək ki, “İbrahim razılaşmaları” İsrail ilə BƏƏ, Bəhreyn və digər Körfəz ölkələri arasında imzalanan sülh müqaviləsidir. Hazırda daha bir neçə ölkənin bu prosesə qoşulması müzakirə olunur.