07 avqust

Temperatur 3-5 dərəcə aşağı enəcək

Azərbaycan ərazisində isti hava dalğası zəifləyir.

Təhlil.az Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadla xəbər verir ki, uzun müddət davam edən isti hava dalğasından sonra avqustun 8-i axşamdan şimal-qərb küləyinin arabir güclənəcəyi və ayın 12-dək davam edəcəyi gözlənilir.

Bu həftənin sonu və növbəti həftənin ilk günlərində havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Küləyin güclənməsi ilə əlaqədar Abşeron çimərliklərində istirahət edən əhalinin ehtiyatlı olması tövsiyə olunur. Dəniz suyunun temperaturu ayın 9-10-11-də 27-29 dərəcə isti olacaq.

Qeyd edək ki, beynəlxalq təcrübədə havanın gündəlik maksimum temperaturunun orta aylıq maksimum temperaturdan 5 dərəcə və daha yüksək olduğu müddət 5 gün və daha çox davam edərsə, bu meteoroloji hadisə isti hava dalğası adlanır.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?