06 avqust

Uşaqların infeksion xəstəliyə yoluxmasının səbəbi ilə bağlı açıqlama

Uşaqların çimərliklərdə infeksion xəstəliklərə yoluxması məsələsinə aydınlıq gətirilib

Hazırda Abşeron yarımadasında, respublikanın şimal və cənub rayonlarında fəaliyyət göstərən çimərliklərdə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən monitorinqlər davam etdirilir.

Təhlil.az xəbər verir ki, bu barədə mərkəzdənməlumat verilib.

Bildirilib ki, monitorinqlər kompleks şəkildə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə dövlət Nəzarəti Xidməti əməkdaşlarının iştirakı ilə həyata keçirilir.

Çimərlik mövsümünün keçən dövrü ərzində hər hansı yoluxucu xəstəlik hadisəsi qeydə alınmayıb, dəniz suyunda bakterioloji çirklənmə aşkarlanan ərazilərdə nəzarət tədbirləri davam etdirilir.

Xatırladaq ki, son günlər uşaqlar arasında bağırsaq infeksiyasına yoluxma hallarının qeydə alındığına dair məlumatlar yayılıb.

Apa.az

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?