06 avqust

Azərbaycanda narkotikin dövriyyəsini təşkil edən əsas şəxslərdən biri saxlanılıb

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi Cəlilabadda keçirdiyi əməliyyatla 30 kq marixuananı dövriyyədən çıxarıb.

Təhlil.az xəbər verir ki, əməliyyat zamanı 50 yaşlı Elşən Şəmmədov saxlanılıb. O, İran vətəndaşları ilə əlbir şəkildə ölkə üzrə narkotik dövriyyəsini təşkil edən əsas şəxslərdən biri kimi müəyyən edilib.

Aşkarlanan narkotikə zərərli maddələr də əlavə edildiyi bildirilib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmə qərarı ilə Elşən Şəmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?