05 avqust

Bakının bəzi qəsəbələrində qaz olmayacaq

Bu gün Bakının Binəqədi və Sabunçu rayonlarının bəzi qəsəbələrində qaz təchizatı dayandırılacaq.

Təhlil.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsində və Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində görüləcək təmir işləri ilə əlaqədar avqustun 5-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Biləcəri qəsəbəsinin A.Zeynallı, Q.Məmmədov, Ş.İ.Xəqani, M.Hüseynzadə və İ.Kərimov küçələrinin, Kürdəxanı qəsəbəsinin isə V. Əliyev, X.Əzimov, H.Hacıyev və Ə.Məlikov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?