Bu gün
“Azeri Light”ın qiyməti 100 dolları keçdi

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Təhlil.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 1,23 ABŞ dolları və ya 1,24% artaraq 100,63 ABŞ dolları olub.
Qeyd edək ki, ötən gün neftimiz 99,40 ABŞ dollarına ticarət edilib.
Xatırladaq ki, “Azeri Light”ın ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.
Builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.