Bu gün

İran Hörmüz boğazında yeni qaydalar tətbiq etməyə hazırlaşır

ABŞ və İsraillə hərbi qarşıdurmadan sonra İran Hörmüz boğazında gəmiçilik üçün yeni tranzit şərtləri tətbiq etməyi planlaşdırır.

Təhlil.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı “Əl-Cəzirə” telekanalına müsahibəsində məlumat verib.

Nazir bildirib ki, nəzərdə tutulan addımlar həm İranın, həm də ümumilikdə Yaxın Şərq regionunun maraqlarının qorunmasına, eyni zamanda boğazda təhlükəsiz və davamlı gəmiçiliyin təmininə xidmət edəcək.

Onun sözlərinə görə, bölgədə təhlükəsizliyin təmin olunmasında əsas məsuliyyət boğaza çıxışı olan dövlətlərin – İran, Oman və Birləşmiş Ərəb Əmirliklərinin üzərinə düşməlidir.

Qeyd edək ki, fevralın 28-də İsrail İran ərazisinə qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ da bu əməliyyatda iştirak etdiyini bildirib. İran isə cavab olaraq İsrailə ballistik raket zərbələri endirib.

Hadisələr fonunda regionda gərginlik artıb, bəzi ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?