Bu gün
Tramp müharibəyə görə səfərini təxirə saldı

ABŞ Prezidenti Donald Tramp Çinə səfərini təxirə salıb.
Təhlil.az xəbər verir ki, bu barədə məlumatı ABŞ lideri jurnalistlərin suallarını cavablandırarkən özü açıqlayıb.
“Müharibəyə görə burada olmaq istəyirəm. Hiss edirəm ki, burada olmalıyam. Ona görə də səfərin təxminən bir ay təxirə salınmasını xahiş etdik”, - o qeyd edib.
Bununla yanaşı, Tramp Çin ilə çox yaxşı münasibətlərinin olduğunu və bu səfəri səbirsizliklə gözlədiyini sözlərinə əlavə edib.
Bu gün