İsrail Əli Xameneinin təyyarəsini vurdu

İsrail Hərbi Hava Qüvvələri Tehranda İranın keçmiş Ali Lideri Seyid Əli Xameneinin təyyarəsini məhv edib.
Təhlil.az xəbər verir ki, bu barədə İsrail ordusunun Mətbuat xidmətinin “X” sosial şəbəkəsindəki hesabında paylaşdığı bəyanatda deyilir.
Bildirilir ki, paytaxtda yerləşən Mehrabad hava limanına gecə saatlarında həyata keçirilmiş hücum nəticəsində hökumət təyyarəsi zərbə nəticəsində məhv edilib.
İsrail tərəfi bu təyyarədən İranın keçmiş Ali Lideri Ayətullah Əli Xamenei və digər yüksəkrütbəli İran rəsmilərinin istifadə etdiklərini açıqlayıb.
Qeyd edək ki, İsrail ordusu əvvəlki günlərdə də bir neçə dəfə Mehrabad hava limanına zərbələr endirib. Həmin vaxt radiolokasiya sistemlərinin, hava hücumundan müdafiə sistemlərinin, hərbi və hərbi-nəqliyyat təyyarələrinin məhv edildiyi açıqlanmışdı.