Bu gün

Azərbaycanın beynəlxalq hava limanlarında tranzit zonalar yaradılacaq

Azərbaycanın beynəlxalq hava limanlarında üçüncü ölkəyə gedənlər üçün tranzit zonalar yaradılacaq.

Təhlil.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Qaydalar"da əksini tapıb.

Sənədə əsasən, hava limanından üçüncü ölkəyə gedən hava gəmisinin heyət üzvlərinin, sərnişinlərinin və onların baqajlarının sərhəd nəzarəti prosedurlarını keçmədən və 24 saatdan artıq olmayan müddət üçün viza tələb olunmadan hava limanında qala bilmələri üçün ölkənin beynəlxalq hava limanlarında tranzit zonaları yaradılacaq.

Miqrasiya Məcəlləsinə uyğun olaraq, əcnəbi və ya xarici ölkədə daimi yaşayan vətəndaşlığı olmayan sərnişinlər təyyarə dəyişmədən ölkənin ərazisindən tranzitlə uçduqda, hava limanının tranzit zonasında sərhəd nəzarəti prosedurlarını keçmədən təyyarə dəyişməklə təyinat ölkəsinə getdikda, Azərbaycanın dövlət sərhədini keçməyə imkan verən digər vizalar verilmiş olduqda və ya Azərbaycan ilə vizasız gediş-gəliş haqqında müqaviləsi olan dövlətin vətəndaşları olduqda, tranzit keçid üçün tranzit vizası tələb edilməyəcək.

Dövlət başçısı müvafiq Qaydaların icrası ilə bağlı Fərman imzalayıb.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?