Bu gün
Bu istiqamətlər üzrə əlavə qatar reysləri təyin edildi

Qarşıdan gələn bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Qazax-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib.
Təhlil.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.
Belə ki, 20, 22, 29 və 30 mart tarixlərində hər iki istiqamətə səfərlər təşkil ediləcək.
Həmçinin qeyd olunan tarixlərdə bu marşrut üzrə ənənəvi qrafik də qüvvədə olacaq.
Biletləri dəmiryol kassalarından, ADY-nin saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz.