Bu gün

Gevorq Papoyan: "Azərbaycan benzini Ermənistan bazarında çox tez satılır"

Azərbaycan benzini Ermənistan bazarında çox tələbatlıdır və çox tez satılır.

Təhlil.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan jurnalistlərə açıqlamasında bildirib.

"Ermənistanda Azərbaycan benzini çox tez istehlak olunur. Nə qədər çox idxal etsək, bir o qədər tez tükənir. Azərbaycan benzini bitdikdə benzinin qiyməti Ermənistanda qalxır", - deyə nazir vurğulayıb.

Xatırladaq ki, Azərbaycan ötən ilin dekabr ayında Ermənistana neft məhsulları tədarükünə başlayıb. Dövlət Statistika Komitəsinin məlumatına görə,  dekabr ayında tədarük həcmi 788.800 dollar dəyərində 1210,28 ton Premium Euro-95 avtomobil benzini təşkil edib.

 

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?