Bu gün

CIA-dan xəbərdarlıq: Çin 2027-ci ildə Tayvana hücum edə bilər

ABŞ milli təhlükəsizlik orqanlarının nümayəndələri Apple, Advanced Micro Devices (AMD) və Qualcomm kimi şirkətlərin rəhbərləri üçün keçirdikləri gizli brifinqlərdə Çinin Tayvanı geri qaytarmaq planları hazırladığı barədə xəbərdarlıq ediblər.

Bildirilib ki, adanın Çin tərəfindən mümkün blokadası orada istehsal olunan kompüter çiplərinin tədarükünü tamamilə kəsə bilər və bu, ABŞ-nin bütün texnologiya sənayesini diz çökdürə biləcək bir təhlükədir.

Prezidentlər Co Bayden və Donald Trampın bu asılılığı azaltmaq cəhdlərinə baxmayaraq, Amerika şirkətləri smartfonların, noutbukların və süni intellektin işini təmin edən nəhəng data mərkəzlərinin əsasını təşkil edən mikrosxem tədarükçülərini dəyişməkdən israrla imtina edirlər.

Bununla belə, kəşfiyyat orqanları texnologiya nəhənglərinə Tayvana hərbi müdaxilənin artıq 2027-ci ildə başlaya biləcəyi ilə bağlı ciddi təfərrüatları çatdırıblar.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?