16 may

Polad Bülbüloğlu MDB-nin humanitar şurasına sədr seçildi

Mədəniyyət və diplomatiya sahəsində uzun illər təcrübəyə malik olan Polad Bülbüloğlu Müstəqil Dövlətlər Birliyinin (MDB) Humanitar Əməkdaşlıq Şurasının (HƏŞ) sədri seçilib.

Təhlil.az xəbər verir ki, bu qərar MDB-nin Humanitar Əməkdaşlıq üzrə Şurasının (HƏŞ) və Humanitar Əməkdaşlığa dair Dövlətlərarası Fondunun birgə iclasında qəbul olunub.

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Şuranın üzvü Mixail Şvıdkoy məsələ ilə bağlı açıqlamasında bildirib: "Bu posta yüksək dərəcədə təcrübəli, strateji baxışı olan bir şəxs lazım idi. Ona görə də biz Polad Bülbüloğluna müraciət etdik. O, həm Şurada, həm də Fondda geniş təcrübəyə malikdir. Bu təyinat MDB-də humanitar əməkdaşlığın və əlaqələndirmənin gücləndirilməsi üçün çox vacibdir”.

Qeyd edək ki, Humanitar Əməkdaşlıq Şurası MDB-də mədəniyyət, təhsil və idman sahəsində əlaqələrin koordinasiyasına cavabdeh əsas orqandır. Bülbüloğlunun bu posta seçilməsi onun uzunillik beynəlxalq təcrübəsinin MDB məkanında yenidən dəyərləndirildiyini göstərir.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?