Bu gün

Orban Ukraynaya 90 milyard avroluq kreditə veto qoydu

Macarıstanın Baş naziri Viktor Orban Ukraynaya 90 milyard avro məbləğində kredit ayrılması təşəbbüsünü dəstəkləməkdən imtina edib.

Təhlil.az xəbər verir ki, bu barədə o, Avropa İttifaqı Şurasının rəhbəri Antoniu Koştaya ünvanladığı rəsmi məktubda məlumat verib.

Orban qərarını Ukraynanın Macarıstana münasibətdə həyata keçirdiyi enerji siyasəti ilə əsaslandırıb. O bildirib ki, “Dostluq” (Drujba) neft kəməri vasitəsilə Macarıstana neft nəqlinin bərpası üçün texniki maneə mövcud deyil və bunun üçün yalnız Kiyevin siyasi qərarı kifayətdir.

Baş nazir məktubunda qeyd edib ki, Macarıstan Avropa Şurasının ən intizamlı və ardıcıl üzvlərindən biridir, lakin mövcud vəziyyətdə Ukraynanın xeyrinə maliyyə qərarını dəstəkləmək mümkün deyil. Onun sözlərinə görə, Budapeşt Ukrayna üçün maliyyə baxımından faydalı qərar qəbul etdiyi halda, Kiyevin enerji sahəsində atdığı addımlar Macarıstanda ciddi çətinliklər yaradır.

Orban vurğulayıb ki, yaranmış vəziyyət normallaşana qədər Ukraynanın xeyrinə olacaq hər hansı qərarı dəstəkləmək iqtidarında deyil.

Qeyd edək ki, Budapeşt və Kiyev arasında neft tranziti ilə bağlı gərginlik Avropa İttifaqının Ukraynaya nəzərdə tutduğu genişmiqyaslı maliyyə yardım paketlərinin taleyinə birbaşa təsir göstərə bilər.

Hikmət Həsənov

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?