Türkiyə "İrana müdaxilə" iddialarını rəsmən təkzib etdi

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi nəzdində fəaliyyət göstərən Dezinformasiya ilə Mübarizə Mərkəzi, Türkiyənin miqrasiya dalğasına qarşı İranda bufer zona yaradacağı ilə bağlı yayılan məlumatları qətiyyətlə rədd edib.
Təhlil.az xəbər verir ki, rəsmi bəyanatda "ABŞ-nin İrana hücum edəcəyi təqdirdə Türkiyənin təhlükəsizlik mülahizələri ilə İran ərazilərini işğal etməyi planlaşdırdığı" barədə iddialar tamamilə dezinformasiya xarakteri daşıyır.
Türkiyə tərəfi qonşu ölkələrin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdığını, hər hansı böhran vəziyyətindən asılı olmayaraq öz sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün müstəqil şəkildə zəruri tədbirlər gördüyünü xüsusi vurğulayıb.
Qeyd olunub ki, bu cür əsassız xəbərlər regional sabitliyə xələl gətirmək məqsədi daşıyır.