Fidan–Umerov görüşü: Ankara–Kiyev xəttində təhlükəsizlik müzakirəsi

Türkiyənin xarici işlər naziri Fidan Ankarada Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Umerovla görüşüb.
Təhlil.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri ilə Ankarada danışıqlar zamanı Umerov Türkiyə tərəfini Cenevrədə keçirilən son danışıqların gedişatı və mövcud təhlükəsizlik vəziyyəti barədə məlumatlandırıb.
Həmçinin gələcək addımların əlaqələndirilməsi, diplomatik prosesin perspektivləri və humanitar məsələlər müzakirə olunub. "Tammiqyaslı müharibənin ilk günlərindən etibarən ardıcıl mövqeyinə görə türk tərəfdaşlarımıza minnətdarıq.
2022-ci ildə Bosfor və Dardanel boğazlarını Rusiya hərbi gəmiləri üçün bağlamaq qərarını verən Türkiyə olub və bu, Qara dəniz bölgəsində təhlükəsizlik üçün vacib bir addım idi", - Umerov özünün "Telegram" kanalında yazıb.