Bu gün

Türkiyədə "F-16" qırıcı təyyarəsi qəzaya uğradı, həlak olan var

Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" qırıcı təyyarəsi Balıkəsir vilayətində qəzaya uğrayıb.

Təhlil.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində yazıb.

Bildirilib ki, yerli vaxtla saat 00:56-də Türkiyənin 9-cu Baş Hava Bazasından havaya qalxan təyyarə ilə radio əlaqə kəsilib.

Qeyd edilib ki, dərhal başlanan axtarış-xilasetmə əməliyyatları nəticəsində təyyarənin qəzaya uğradığı müəyyən edilib və təyyarənin qalıqları tapılıb. Hadisə nəticəsində təyyarənin pilotu həlak olub.

"Qəzanın səbəbi araşdırma qrupu tərəfindən aparılan araşdırmalardan sonra müəyyən ediləcək", - deyə məlumatda bildirilib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?