Bu gün

"Binance"də şübhəli axın – İrana nəhəng məbləğ

"Binance" kriptovalyuta birjası İrana təxminən 1,7 milyard dollar məbləğində köçürmələri aşkar edib.

Təhlil.az xəbər verir ki, son bir il ərzində İran sakinləri "Binance" platformasında 1500-dən çox hesaba giriş əldə ediblər.

İki "Binance" hesabı vasitəsilə təxminən 1,7 milyard dolların terrorçu qruplarla əlaqəli olduğu iddia edilən İran təşkilatlarına köçürüldüyü qeyd olunur.

Bu əməliyyatların qlobal sanksiyaların pozulması riski yaratdığı vurğulanır.

Sözügedən hesablardan biri "Binance" platformasında fəaliyyət göstərən treyderə məxsus olub.

Məlumata görə, platformadakı mümkün pozuntuları araşdıran əməkdaşlar bu faktlar barədə rəhbərliyə məlumat veriblər.

Lakin nəticədə istintaqda iştirak edən dörd əməkdaş məxfi istifadəçi məlumatlarını açıqladıqları iddiası ilə işdən çıxarılıb.

Şirkət tərəfindən məsələyə dair rəsmi açıqlama verilib-verilmədiyi barədə əlavə məlumat təqdim olunmayıb.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?