Bu gün

Ukraynanın gələcəyi 500 milyard avroya başa gələcək

Ukraynanın bərpası 500 milyard avrodan çox qiymətləndirilir.

Təhlil.az-ın xəbərinə görə, yeni hesabatda bildirilib ki, Ukraynanın növbəti 10 il ərzində yenidən qurulması təxminən 588 milyard dollar (500 milyard avrodan çox) tələb edəcək.

Sənəd Ukrayna hökuməti, Dünya Bankı, Aİ və BMT tərəfindən birgə hazırlanıb.

Məbləğ 2025-ci il üçün ölkənin ÜDM-nin təxminən 3 qatına bərabərdir.

Ən böyük maliyyə ehtiyacları 

Nəqliyyat – 96 mlrd dollar

Enerji – 77 mlrd avro

Mənzil fondu – 77 mlrd avro

Ticarət və sənaye – 54 mlrd avro

Kənd təsərrüfatı – 47 mlrd avrodur. 

Döyüşlərin intensiv getdiyi Donetsk və Xarkov bölgələrində bərpa işləri daha genişmiqyaslı olacaq.

Hesabatda qeyd olunur ki, müharibənin humanitar və sosial-iqtisadi nəticələri nəsillər boyu hiss olunacaq.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?