Bu gün
Ərzurumda zəncirvari qəza: yaralılar xəstəxanaya çatdırılıb

Şəkil: aa.com.tr
Ərzurumun Aşkale rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Təhlil.az xəbər verir ki, hadisə Ərzurum–Aşkale avtomobil yolunda qeydə alınıb. Qəzaya yük maşınları, sərnişin avtobusu, minik avtomobilləri, mikroavtobus və digər nəqliyyat vasitələri qarışıb.
Yaralıların olduğu bildirilir. Əraziyə çoxsaylı təcili tibbi yardım, polis və yanğınsöndürmə briqadaları cəlb olunub.
Qəza səbəbindən yol müvəqqəti olaraq nəqliyyata bağlanıb, ərazidə uzun tıxac yaranıb. Hadisənin səbəbləri araşdırılır.