15 may
2025-ci ildə xarici ölkəyə uçmaq istəyən azərbaycanlıların sayı 76%-ə yüksəlib

2025-ci ildə xarici ölkələrə səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşlarının sayı əhəmiyyətli dərəcədə artıb. Təhlil.az xəbər verir ki, bu barədə Media Təhlil Mərkəzinin (MTM) apardığı sorğunun nəticələrində qeyd olunur.
Sorğu nəticələrinə əsasən, ötən il respondentlərin 56%-i yaxın zamanda xaricə səfər etməyi düşünürdüsə, bu il həmin göstərici 76%-ə yüksəlib. Sorğuda iştirak edənlərin 12%-i bu barədə konkret fikir bildirməsə də, eyni sayda respondent xaricə getmək planının olmadığını vurğulayıb.
Qeyd edək ki, cari ilin mart ayında keçirilmiş sorğuda ümumilikdə 1351 nəfər iştirak edib. Onların 45%-ni qadınlar, 55%-ni isə kişilər təşkil edib.
Dünən