Bu gün

Meksikadakı iğtişaşlara görə Azərbaycan vətəndaşlarına MÜRACİƏT

"Meksikanın bəzi bölgələrində təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq, Meksikada səfərdə olan və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarına Xalisko ştatı, eləcə də qonşu Miçoakan, Quanaxuata, Kolima, Aquaskalientes, Zakatekas və Nayarit ştatlarında yerli dövlət orqanları tərəfindən verilən təhlükəsizlik tövsiyələrini diqqətlə izləmələri və onlara ciddi şəkildə riayət etmələri tövsiyə olunur".

Təhlil.az xəbər verir ki, bu barədə Azərbaycanın Meksikadakı səfirliyinin sosial şəbəkə hesabında yaydığı müraciətində deyilir.

Səfirlik vətəndaşlardan ayıq-sayıq olmağı, şəxsi təhlükəsizlik qaydalarına əməl etməyi, kütləvi toplaşmalardan və riskli ərazilərdən uzaq durmağı, həmçinin yalnız rəsmi mənbələrdən yayımlanan məlumatları izləməyi xahiş edib.

Həmçinin səfirliyin konsulluq şöbəsinin qaynar xətt telefonları: +52 5511 907 092, +52 5555 404 109 ilə də əlaqə saxlamaq mümkündür.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?