Bu gün

İşçilərə əlavə minlərlə manatlıq kompensasiya yolu açıldı

Azərbaycanda işçilərin sosial hüquqlarına birbaşa təsir edən vacib qərar qəbul olunub. Konstitusiya Məhkəməsi müəyyən edib ki, əmək müqaviləsinə xitam verilərkən işçiyə yalnız əsas deyil, bütün istifadə edilməmiş əlavə məzuniyyət günlərinə görə də kompensasiya ödənilməlidir.

Təhlil.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov məlumat verib.

Onun sözlərinə görə, qərar Əmək Məcəlləsinin 115, 117 və 118-1-ci maddələrini əhatə edir və əlavə məzuniyyət hüququ olan şəxslərin də kompensasiya alma imkanını dəqiqləşdirir.

Söhbət əmək şəraitinə və funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyət hüququ olanlardan, zərərli və ağır işlərdə çalışanlardan, yüksək fiziki və zehni gərginliklə işləyənlərdən, yeraltı işçilərdən, uşaqlı qadınlardan, eləcə də pedaqoji və elmi fəaliyyətlə məşğul olan şəxslərdən gedir.

Qərara əsasən, işçi müxtəlif səbəblərdən həm əsas, həm də əlavə məzuniyyətindən tam istifadə etməyibsə, işdən ayrılan zaman həmin günlərin hamısına görə kompensasiya alacaq.

Məsələn, əgər bir işçinin 50 gün əlavə və 40 gün əsas istifadə olunmamış məzuniyyəti varsa, bu, ümumilikdə 90 gün deməkdir. Gündəlik məzuniyyət haqqı 50 manat olduqda, həmin şəxsə 4 500 manat məbləğində kompensasiya ödənilməlidir.

Qərar uzun müddətdir müzakirə olunan kompensasiya qeyri-bərabərliyinin aradan qaldırılmasına və işçilərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlib.

Bundan sonra işdən çıxma hallarında istifadə edilməmiş məzuniyyət günlərinin taleyi ilə bağlı suallara hüquqi aydınlıq gətirilmiş sayılır.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?