15 may
Azad edilmiş bu ərazilərə də şəxsi avtomobillərlə səfər etmək mümkün olacaq

Artıq vətəndaşlar öz fərdi minik avtomobilləri ilə Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Xankəndi, Xocalı və Ağdərə istiqamətlərində də səfər edə biləcəklər. Bu proses mayın 20-dən “Yolumuz Qarabağa” portalından əldə olunan icazə əsasında mümkün olacaq.
Təhlil.az xəbər verir ki, portal üzərindən rəsmləşdirilən icazələr iki gün müddətində etibarlı olacaq. Fərdi minik avtomobillərində səfər üçün 1 sürücü olmaqla maksimum 9 nəfər üçün icazə alına bilər.
Qeyd edək ki, indiyədək öz fərdi minik avtomobili ilə portal üzərindən yalnız Şuşa, Laçın şəhərləri və Suqovuşan qəsəbəsinə səfər üçün icazə əldə etmək mümkün idi.
Dünən