Bu gün

Pakistanlı nazir: "Əfqanıstanla sərhəddə 70-ə yaxın terrorçu zərərsizləşdirilib"

Pakistanın daxili işlər naziri Talal Çaudhri bildirib ki, Pakistan–Əfqanıstan sərhədi boyunca həyata keçirilən əməliyyatlar nəticəsində təxminən 70 terrorçu zərərsizləşdirilib.

Təhlil.az xəbər verir ki, nazirin sözlərinə görə, zərbələr son hücumlara cavab olaraq kəşfiyyata əsaslanaraq endirilib və yeddi terror düşərgəsi hədəfə alınıb.

“Əfqanıstan uzun müddətdir terror ixrac edir. Pakistan vətəndaşlarının həyatını və əmlakını qorumaq üçün bütün tədbirləri görür”, – deyə Çaudhri bildirib.

Rəsmi məlumatlara görə, öldürülənlərin əksəriyyətinin Pakistan vətəndaşları olduğu iddia edilir.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?