Bu gün
Qrenlandiya Trampın hospital gəmisindən imtina edəcək

Qrenlandiya ABŞ Prezidenti Donald Trampın adaya hospital gəmisi göndərilməsi təşəbbüsünü qəbul etməyəcək.
Təhlil.az xəbər verir ki, bu barədə Qrenlandiya hökumətinin başçısı Nilsen açıqlama verib.
Onun sözlərinə görə, Qrenlandiyada dövlətə məxsus səhiyyə sistemi mövcuddur və tibbi xidmətlər vətəndaşlar üçün pulsuzdur.
“Bu, cəmiyyətimizin fundamental və şüurlu seçimidir”, – deyə Nilsen vurğulayıb.
Hökumət rəhbəri bildirib ki, Qrenlandiya ABŞ daxil olmaqla bütün ölkələrlə dialoq və əməkdaşlığa açıqdır, lakin bu proses qarşılıqlı hörmət və ölkə daxilində qəbul edilən qərarların tanınmasını tələb edir.
Xatırladaq ki, Donald Tramp Qrenlandiya sahillərinə tibbi yardım məqsədilə ABŞ hospital gəmisinin göndəriləcəyini açıqlamışdı.