15 may
İlqar Abdullayev küçəsində hərəkət tam məhdudlaşdırılacaq - Xəritə

Mayın 17-si saat 00:00-dan etibarən Pirşağı-Xırdalan-Novxanı-M4 avtomobil yolu layihəsinin 16-cı kilometrində tikintisi davam edən tunelin giriş hissəsinin qurulması ilə əlaqədar olaraq, İlqar Abdullayev küçəsində (Masazır-Novxanı avtomobil yolu ilə birləşməsindən Saray Polis Bölməsinə qədər olan hissə) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Təhlil.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən xəbər verir ki, hərəkətin məhdudlaşdırılması tikinti işləri bitənədək qüvvədə olacaq.
“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”,- deyə məlumatda qeyd olunub.
Dünən