14 may

Uşaq Filarmoniyasında yeni təyinat

Azərbaycan Dövlət Uşaq Filarmoniyasına direktor müavini təyinatı olub. 

Təhlil.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq Əmri ilə xormeyster, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Muradzadə bu vəzifəyə təyin edilib.

Uzun müddətdir Azərbaycan Dövlət Uşaq Filarmoniyasında çalışan L.Muradzadə 2012-2017-ci illərdə Azərbaycan Dövlət Xor Kapellasının artisti olub. 2024-cü ildən paralel olaraq Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin aparıcı metodistidir. Ölkəmizdə uşaq və gənclərdən ibarət ilk xor musiqi albomunun müəllifidir.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?