13 may

Azərbaycanın nümayəndə heyəti “Vindzor Kral Atçılıq Şousu - 2025 ”də yenidən təmsil olunacaq

Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Böyük Britaniyada keçiriləcək ənənəvi “Vindzor Kral Atçılıq Şousu”nda ölkəmiz ilk dəfə 130 nəfərlik nümayəndə heyəti ilə təmsil olunacaq.

Təhlil.az ARAF-ın  məlumatına əsasən xəbər verir ki, bu ilin ən möhtəşəm çıxışlarından biri olan gözqamaşdırıcı Qarabağ atları, istedadlı rəqqaslar və 2025-ci il üçün yeni orkestr qrupunun nümayiş etdirəcəyi “Azerbaijan – Land of Fire” şou-kompozisiyasının qayıdışı olacaq.

Yeni Şounun direktoru Ceyms Şou Azərbaycan Atçılıq Federasiyasını “Vindzor Kral Atçılıq Şousu”nda yenidən salamlamağa çox şad olduğunu bildirib: “Onların canlı çıxışını əvvəllər heç vaxt görmədiyim üçün rəqs və inanılmaz atçılıq sənəti vasitəsilə izah edilən bu qəhrəmanlıq nağılının möhtəşəm nümayişinə şahid olacağıma görə çox həyəcanlıyam".

Nümayəndə heyətinin təqdim edəcəyi “Azerbaijan – Land of Fire” adlı şou-kompozisiyanın əsasını Vindzor tamaşaçılarına çox yaxşı tanış olan, çılğınlığı və gözəlliyi ilə seçilən Qarabağ atları, eləcə də zərif Azərbaycan rəqsləri və ecazkar milli musiqisi təşkil edəcək.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?