13 may

11 yaş uşağın ayağında qırılıb qalan iynə 14 gün sonra aşkarlandı

Ayağında davamlı ağrı və şişkinlik şikayətləri ilə xəstəxanaya gətirilən 11 yaşlı uşağın rentgen müayinəsi zamanı sağ ayağının pəncə nahiyəsində yad cisim aşkarlanıb. Məlum olub ki, bu, 14 gün əvvəl batmış iynə parçasıdır. 
Təhlil.az xəbər verir ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Binəqədi Tibb Mərkəzində müayinədən keçən 2014-cü il təvəllüdlü uşaq (qadın cinsli) cərrahi əməliyyata götürülüb və pəncə nahiyəsindəki yad cisim – iynə parçası təhlükəsiz şəkildə xaric edilib. 

Məlumat üçün bildirək ki, bu cür hallar kifayət qədər təhlükəli hesab edilir. İynə, iynə qalığı və ya digər yad cisimlər xüsusilə ayaqaltı bölgədə lokalizasiya olduqda, hərəkətlə daha da dərinləşə və ətraf toxumalarda ciddi fəsadlara yol aça bilər. 
Belə hallarda dərhal həkimə müraciət edilməlidir!

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?