13 may

"Mamagama" "Avroviziya 2025"də səhnəyə çıxır!

Bu axşam “Avroviziya 2025” mahnı müsabiqəsinin ilk yarımfinalında Azərbaycanı təmsil edən "Mamagama" qrupu səhnəyə çıxacaq. Təhlil.az xəbər verir ki, İsveçrənin Bazel şəhərində keçirilən müsabiqədə Asəf Mişiyev, Həsən Heydər və Arif İmanov “Run with U” mahnısını ifa edəcək. Azərbaycan sazının sehrli sədalarını enerji dolu performansla birləşdirən qrup, 10-cu nömrə ilə yarışacaq. Bakı vaxtı ilə saat 23:00-dan etibarən müsabiqə İctimai Televiziyada canlı yayımlanacaq.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?