30 yanvar

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsindəki rəbiqi müəyyənləşib.

Təhlil.az xəbər verir ki, bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında püşkatma mərasimi keçirilib.

Püşkatma nəticəsində Ağdam təmsilçisi “Nyukasl”a rəqib olub.

Məlumat üçün bildirək ki, “Qarabağ” Liqa mərhələsini 10 xalla 22-ci yerdə tamamlayıb. Evdə “Kopenhagen” (2:0), “Çelsi” (2:2), “Ayaks” (2:4), “Ayntraxt”la (3:2) qarşılaşan region klubu “Benfika” (3:2), “Atletik” (1:3), “Napoli” (0:2) və “Liverpul” (0:6) səfərinə yollanıb.

Qeyd edək ki, ilk oyunlar 17-18 fevral, cavab görüşləri isə 24-25 fevral tarixlərində baş tutacaq. Turnir cədvəlində daha aşağı pillədə yer alan komandalar ilk oyunu evdə, cavab matçını isə səfərdə keçirəcəklər.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?