13 may

Ötən il 100 küçə uşağı aşkarlanıb

2024-cü ildə ölkədəki küçə uşaqları ilə bağlı aparılan monitorinqlərin nəticələri müəyyən edilib.  Ümumi 100 küçə uşağından 86-sının ailələrinə müraciət edilib və onlara dəstək göstərilib.

Təhlil.az xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları və Dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirə olunan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda məlumat verilib.

Hesabatda diqqətə çatdırılıb ki, 5 uşaq müvəqqəti sığınacaqdan istifadə edib, 1 uşaq körpələr evinə yerləşdirilib. Həmçinin, 30 uşağın şəxsiyyətini təsdiqləyən sənədləri təmin edilib. Təhsildən yayınan uşaqlar Elm və Təhsil Nazirliyinə, sağlamlıq problemi olanlar isə TƏBİB-ə yönləndirilib.

Bu tədbirlər, uşaqların hüquqlarının qorunması və onların sağlam inkişafı üçün atılan mühüm addımlar kimi qiymətləndirilir.

SORĞU

Yeni tədris ili

Yeni tədris ilinə hazırıq?