19 yanvar

Danimarka və İran Davos forumunda iştirak etməyəcək

ABŞ-Qrenlandiya gərginliyi fonunda Danimarka Davosda keçiriləcək Dünya İqtisadi Forumuna nümayəndələrini göndərməyəcək.

Təhlil.az xəbər verir ki, bu barədə Dünya İqtisadi Forumunun sosial media səhifəsində bildirilib.

Bundan əlavə, foruma İran da qatılmayacaq.  

Belə ki, İranın xarici işlər naziri Davos Forumuna ötən payız dəvət olunsa da, son bir neçə həftə ərzində İranda mülki şəxslərin faciəvi şəkildə həlak olması İran hökumət nümayəndələrinin bu il Davosda iştirakının yersiz olduğunu göstərir.

 

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?