16 yanvar

Möhsün Rzayi Trampa müraciət edib: Geri çəkilməyinizi tövsiyə edirik

İslam İnqilabı Keşikçiləri Korpusunun generalı və İranın Məqsədyönlülük Şurasının üzvü Möhsün Rzayi Trampa müraciət edib. Təhlil.az xəbər verir ki, müraciətdə deyilir:

“Əlbəttə ki, biz Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Qətər, Türkiyə və İraqla qardaşlıq və dostluq münasibətlərini qoruyub saxlayacağıq. Amma bu ölkələrdəki hərbi bazalarınızın heç biri təhlükəsiz vəziyyətdə olmayacaq. Geri çəkilməyinizi tövsiyə edirik.

Əgər tədbir görsək, artıq atəşkəs və ya bu kimi şeylər barədə danışılmayacaq”.

General deyib:

“Biz müharibəyə hazır olmalıyıq, Trampın zərbə endirmə ehtimalı var”.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?